Xanımları düşündürən ən vacib məsələlərdən biri – daha gənc görünmək!
Etiraz etməzsiniz ki, kimsə sizə yaşınızdan daha gənc göründüyünüzü deyəndə bir o qədər də büruzə verməsəniz belə, bundan çox məmnun qalırsınız. Görəsən, səbəbi nədir? Təbii ki, gözəllik. Gənc və təravətli görünən bir xanımın gözəl qadın hesab olunması ehtimalı daha yüksəkdir, deyilmi?
Amma çox təəssüf ki, biz heç də hər zaman gözəlliyimizin qayğısına qala bilmirik. Bu, xüsusilə də iş qadınları üçün keçərlidir. Təbii ki, deyəcəksiniz, hər gün işə gedərkən günlük təmizlik qaydalarına riayət edir, geyimlərinizi daha diqqətlə seçir, makiyajınızı unutmursunuz. Yaxşı bəs sizcə, bu, gənc və təravətli qalmaq üçün kifayətdirmi? Cavabı bizdən soruşsanız, – “kifayət deyil”, – deyərik. Niyə? İzahı çox sadədir: Gənc və gözəl görünmək üçün xarici qulluq vasitələrindən nə qədər istifadə etsək belə, orqanizmimiz sağlam qidalanmır və ona düzgün qulluq edilmirsə, bütün əziyyətlərimiz nəticəsiz olaraq qalacaq. Unutmamalıyıq ki, sağlam orqanizm sağlam ruh və qocalmanın gecikməsi deməkdir.
Bu qədər iş-gücün arasında orqanizminizə qulluq etməyə vaxt tapmırsınız, düzdür? Təbii qulluq vasitələrini axtarıb-tapmağa vaxt sərf etməyəsiniz deyə biz sizə evinizdə rahatlıqla istifadə edəcəyiniz və ən əsası, inqridientlərini asanlıqla tapacağınız yaşlanma əleyhinə bir resept təqdim edirik. Bunun üçün bizə lazım olacaq:
- Bal – 200 qr
- Limon şirəsi – 100 ml
- Zeytun yağı – 50 ml
Hazırlanma qaydasına keçməzdən əvvəl bunu qeyd edək ki, bu qarışımın tərkibində bal olması onun effektivliyini daha da artırır. Balın orqanizmə saysız-hesabsız faydaları olduğunu bilirdiniz, deyilmi? Xüsusilə vurğulayaq ki, dərinizin qüsursuz və təravətli görünməsində bal əvəzolunmazdır. Bal dərini nəmləndirir, daha parlaq görünməsini təmin edir və qırışıqları aradan qaldırır. Bunun üçün sizə May balından istifadə etməyi məsləhət görürük.
İndi isə qarışımın hazırlanması prosesinə keçid edək. Bu, çox sadə bir prosedurdur. Sizdən sadəcə və sadəcə inqridientləri birlikdə qarışdırmağınız tələb olunur. Hazırladıqdan sonra növbə bu sehirli qarışımdan hər səhər 1 çay qaşığı qəbul etməkdədir.
Əgər bu reseptdən mütəmadi olaraq istifadə etsəniz,
- Dəriniz hamar olacaq;
- Gözləriniz daha parlaq görünəcək;
- Həzm sistemi yaxşılaşacaq;
- Üz dərinizin rəngi daha yaxşı olacaq;
- Skleroz riskindən uzaq olacaqsınız.
Sonda bunu xüsusilə qeyd edək ki, qarışımın istifadəsi zamanı orqanizmin fərdi özəlliklərini mütləq nəzərə almalısınız. Əgər sizdə xroniki xəstəliklər, həzm sistemi xəstəlikləri və ya qarışımın tərkibindəki inqridientlərdən hər hansı birinə qarşı allergiya varsa, mütəxəssis məsləhəti ilə qəbul etməyiniz vacibdir.