Bu yazıda Siz nə üçün Azərbaycan istehsalı olan baldan mütləq dadmalı olduğunuz sualına cavab tapacaqsnız.
Azərbaycanda arıçılığın uğurlu inkişafının ən vacib şərti və rəhni ölkənin unikal iqlimidir. Ölkə ərazisində dünyada mövcud olan 11 iqlim zonasından 9-u müşahidə olunur: Lənkəran ovalığının və Talış dağ silsiləsinin isti və rütubətli subtropik meşələrindən tutmuş əzəmətli Qafqazın qarlı yüksək dağlıq ərazilərinədək. Bu cür iqlim fərqliliyi sayəsində nisbətən kiçik ərazidə demək olar ki, dünyada geniş yayılmış bütün növ bitkilərə rast gəlmək mümkündür – subtropik bitkilərdən yüksək dağlıq ərazilərdəki alp çəmənliklərinədək. Bu cür spesifik və fərqli landşaft müxtəlif relyef şəraitlərində balverən bitkilərin çiçəklənməsi dövrünün uzanmasına kömək edir. Eyni bitki növü şimal ilə müqayisədə cənubda daha tez, düzənliklər və ovalıqlarla müqayisədə dağlarda daha tez çiçəklənir. Bununla əlaqədar olaraq, arılar nektarı uzun müddət ərzində toplaya bilir ki, bu da müddət və şübhəsiz ki, keyfiyyət üzrə daha davamlı bal yığımına səbəb olur.
Azərbaycanın zəngin və parlaq təbiəti öz rənglər üsyanı və gur bitki örtüyü ilə bəzi yerlərdə vəhşi və səhralıq, bəzi yerlərdə isə unikal relikt meşələri ilə təqdim edilmiş milli xalçanı xatırladır. Burada, arasında nadir və nəsli kəsilməkdə olan bitkilər də olmaqla, ən az 4500 çiçəklənən bitki növü geniş yayılmışdır. Digər Qafqaz respublikaları ilə müqayisədə, Azərbaycanın florası daha zəngindir – burada Qafqazda bitən bitkilərin ümumi sayının 66%-nə rast gəlmək olar. Bundan əlavə, Respublika ərazisində yalnız Azərbaycanda bitən və onun kiçik rayonlarına xas olan təxminən 240 növ endemik bitki yayılıb.
Azərbaycanda 13 təbii qoruq mövcuddur. Onların hamısı dövlət qoruğu statusuna malikdir və Azərbaycan ərazisinin 2,5%-ni tutur. Qoruqlar səciyyəvi və nadir təbii komplekslərin əzəli görünüşünü qoruyub saxlamaq, o cümlədən təbii proseslərin və hadisələrin öyrənilməsi məqsədilə yaradılıb.
Unikal iqlim şəraitlərinin uyğunlaşması, təbii relyefin fərqliliyi, bitki formalarının zənginliyi və geniş yayılması – bütün bunlar arılar üçün ideal yaşayış arealı və zəngin yem bazası, o cümlədən Azərbaycanda arıçılığın inkişafı üçün mükəmməl şərait yaradır.
Biz dadı və faydalı xüsusiyyətləri ilə seçilən bir məhsul əldə edirik! Hətta çoxdan tanıdığınız “çiçək” və “dağ” balı növləri seçilən dadlar çeşidi ilə sizi heyrətləndirəcək.
Dadmağınızı tövsiyə edirik 😉