Yəqin ki, siz də bir çoxları kimi öz saç dərinizin tipinə uyğun müxtəlif növ şampunlar istifadə edib və nəticəsindən elə də razı qalmamısınız. Bir çox şampunların tərkibindəki kimyəvi maddələr saçlarımızda kəpək, yağlılıq və ya saç tökülmə ilə nəticələnən effektlərə gətirib çıxarır.
Bildiyimiz kimi, balın tərkibində 400-dən çox qidalandırıcı maddələr, C, E və A vitaminləri, bütün B qrup vitaminlər, həmçinin nadir tapılan və saçlar üçün çox mühüm əhəmiyyət kəsb edən PP, H və K vitaminləri mövcuddur.
Xüsusilə yay aylarında saçlarımızı qidalandırmaq mütləqdir. Dəniz mövsümü ilə əlaqədar saçlarımız codlaşır və mütəmadi nəmləndirməyə ehtiyac yaranır. Həftə ərzində bir neç dəfə müxtəlif qidalandırıcı maskalar hazırlamağa vaxtınız yoxdursa, onda ballı şampun sizi bu çətinliklərdən xilas edəcək.
İndi isə keçək ev şəraitində ballı şampunun hazırlanma proseduruna. Bunun üçün bizə aşağıdakı ərzaqlar lazım olacaq:
- 1 xörək qaşığı #mrbeebalı,
- 1 xörək qaşığı limon suyu,
- 1 stəkan isti su,
- Çobanyastığı çayı (paket)
HAZIRLANMASI:
Suyu qızdırın, lakin qaynatmayın. Stəkana 1 xörək qaşığı #mrbeebalı və 1 xörək qaşığı limon suyunu əlavə edin. Daha sonra isti suyu hazırladığınız məhlulun üzərinə əlavə edərək, yaxşıca qarışdırın. Məhlul narıncı rəngə çevrilənədək çobanyastığı çayını suya salın.
Beləliklə, ev şəraitində hazırladığımız bitki mənşəli təbii və kimyəvi qatqısız şampunumuz artıq hazırdır. Şampunun tərkibindəki bal saçlarınızı effektiv şəkildə qidalandıracaq, həmçinin saçlarınıza yumşaqlıq və parıltı bəxş edəcək.
Nəticəsini bizimlə paylaşmağı unutmayın, dostlar!
Aprel 29, 2021 @ 3:33 səhər
“Right here is the right blog for everyone who really wants to find out about this topic. You realize a whole lot its almost tough to argue with you (not that I actually would want toÖHaHa). You definitely put a fresh spin on a subject which has been written about for years. Great stuff, just great!”
שירותי ליווי באילת
gder4563
May 13, 2021 @ 2:41 axşam
I got what you mean , thanks for posting .Woh I am delighted to find this website through google. “Since the Exodus, freedom has always spoken with a Hebrew accent.” by Heinrich Heine.