TƏRKİBİ:
Süd – 1 litr
Un – 1 stəkan
Şəkər tozu – 0.5 stəkan
Vanil – 2 paket
Banan – 2 ədəd
Mr. Bee balı – 1 stəkan
Su – 0.5 stəkan
HAZIRLANMASI:
Qazana süd, un, şəkər tozu və vanil əlavə edin. Orta dərəcəli odda qatılaşana qədər qarışdıraraq, bişirin. Qarışığı ocaqdan götürüb, soyuması üçün gözlədin. Bananların qabıqlarını soyub, halqa şəklində doğrayın.
Servis qablarını su ilə yüngülcə isladın. Kasaların yarısına qədər pudinq qoyun. Üzərinə bir neçə dilim banan yerləşdirin. Kasanı dolduracaq şəkildə pudinq qoyun. Kasaları soyuducuda 2 saat gözlətdikdən sonra boşqablara tərs çevirin.
Bal və suyu sous qazançasına əlavə edib, aşağı temperaturda qaynadın. Ballı sous soyuduqdan sonra isə pudinqlərin üzərinə əlavə edin.
NUŞ OLSUN!