TƏRKİBİ:
Yumurta – 2 ədəd
Şəkər tozu – 200 qram
Mr. Bee balı – 3 xörək qaşığı
Yağ (kərə və ya marqarin) – 200 qram
1 ədəd limonun qabığı
Soda – 1 çay qaşığı və ya qabartma tozu – 1 paket
Un – 2 – 3 stəkan
Qatılaşdırılmış süd – 0.5 banka
Qoz ləpəsi – 100 qram
HAZIRLANMASI:
Yumurta şəkər tozu ilə 5-10 dəqiqə çalınır. Mr. Bee balı və sürtgəcdən keçirilmiş limon qabığı əlavə edilir və qarışdırılır. Soda əlavə edilir. Əvvəlcədən əridilmiş yağ tökülür və qarışdırılır.
Un əlavə edilib qaşıqla qarışdırılır. Xəmir duru olmamalıdır. Yağlanmış formaya əlavə edilir və 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirilir. Xəmirin bişməsini içinə kibrit çöpünü batırmaqla bilmək olar. Əgər çöp quru çıxarsa, deməli, bişib.
Bişmiş piroqun üzərinə qatılaşdırılmış süd çəkilir və xırda doğranmış qoz ləpəsi səpilir.
NUŞ OLSUN!