Təravətli və gözəl dodaqlara sahib olmağı hansı qadın istəməz ki?! Bunun üçün kosmetik vasitələrdən istifadə edənlər də var, bunların ziyan olduğunu düşünərək, taleyi ilə barışanlar da…Gözəl dodaqlara tərkibində kimyəvi maddələr olan kosmetik vasitələrsiz də sahib olmaq mümkündür, əlbəttə.
Balın dodaqlara faydalı olduğunu eşitmişdinizmi?
Xüsusilə qış aylarında dodaqların quruluğundan, çatlamasından şikayət edirik. Bunun üçün təbii baldan faydalı nə ola bilər? Dodaqlara bal sürtməyin faydaları ilə tanış olun:
- Quruluğu aradan qaldırır, dodaqları nəmləndirir.
- Soyuq havada dodaqların çatlamasının və qabıq verməsinin qarşısını alır.
- Dodağın daha dolğun görünməsini təmin edir.
- Dodağın parlaq görünməsini təmin edir.
- Pilinq effekti verir.
Dodaqlarınızın daha təravətli və baxımlı görünməsi üçün sizə balla hazırlanmış maska təqdim edirəm. Bunun üçün bizə lazım olacaq:
- 1 xörək qaşığı bal
- 1,5 xörək qaşığı süd
- 1 çay qaşığı zeytun yağı
Hazırlanması isə çox sadədir: bal, süd və zeytun yağını yaxşıca qarışdırın. Sonra bu qarışımı ehmalca dodağınıza çəkin. Təxminən 10 dəqiqədən sonra dodaqlarınızı suyla yavaşca yuyun.
Bu maskanı həftədə 3 dəfə edə bilərsiniz. Nəticədə, dodaqlarınız nəm, təravətli və çatsız olacaq.