“Saç xanıma gözəllik verir”. Bu fikirlə mən də razılaşıram. Lakin hər saç gözəl görünürmü? Əlbəttə ki, yox. Parlaq, dolğun və güclü saçlara sahib olmaq da asan deyil. Bunun üçün biz xanımlar müxtəlif saç maskalarından istifadə edirik. Xeyri olurmu? Təbii vasitələrlədirsə, əlbəttə, birbaşa xeyri olur.
Odur ki, bu gün saça balla qulluğun faydalarından danışaq. Gəlin görək balın saça hansı faydaları var:
1. Saçı parlaq edir.
Xüsusilə yay aylarında günəş şüalarının təsiri ilə saçlarımız parlaqlığını itirir. Ballı maska saçın parlaqlığını geri qaytarmaq üçün əla vasitədir.
2. Saç köklərini möhkəmlədir.
Bal zəif saç köklərini qidalandıraraq, saçı daha güclü edir. Bununla da siz saç tökülməsindən azad olursunuz.
3. Saç dərisindəki bakteriyaları məhv edir.
4. Saçı uzadır.
5. Saçı nəmləndirir.
Baldan istifadə saçı quruluqdan xilas edir, bu yolla kəpək problemi də aradan qalxmış olur.
6. Saçın elektriklənməsinin qarşısını alır.
7. Saçın daha dolğun görünməsini təmin edir.
Bütün bunlar üçün həftədə bir dəfə saçınıza bal maskası etməyiniz kifayətdir. Balı tək və ya fərqli inqridientlərlə də qarışıdırıb istifadə edə bilərsiniz.
Sadəcə balla olan saç maskası ilə tanış olun:
Saçınızın uzunluğundan asılı olaraq 3-4 qaşıq bal götürün. Balı boya qoyurmuşsunuz kimi saçınıza sürtün. Xüsusilə saç köklərinə yeridin. Sonra saçınızı taxta daraqla darayın ki, balı tamamilə özünə çəksin. Sonda saçınızı başlıqla toplayın. Bu zaman bal həm axmayacaq, həm də daha effektiv olacaq. 30 dəqiqə gözlədikdən sonra saçınızı yuyun. Nəticə inanılmaz olacaq.